Rusiya XİN Vaşinqtonda əldə olunan irəliləyişi alqışlayıb və yeni addımlar atacağını açıqlayıb

Xarici siyasət
  • 06 iyul, 2023
  • 12:22
Rusiya XİN Vaşinqtonda əldə olunan irəliləyişi alqışlayıb və yeni addımlar atacağını açıqlayıb
Mariya Zaxarova

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçirilən danışıqlarda əldə olunan irəliləyişi alqışlayırıq”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır: “Biz həm siyasi müstəvidə, həm də sülhməramlılar vasitəsilə prosesə töhfə verməyə çalışırıq”.

M. Zaxarovanın sözlərinə görə, çox şey tərəflərin özündən asılıdır: “Biz öz tərəfimizdən bütün lazımi addımları atırıq”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan iyunun 27-də Vaşinqtonda görüşüblər. Üç gün davam edən görüş ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə baş tutub.

44 filmi