Rusiya prezidenti Bakı arxiyepiskopunu "Dostluq" ordeni ilə təltif edib

Xarici siyasət
  • 10 aprel, 2017
  • 14:30
Rusiya prezidenti Bakı arxiyepiskopunu Dostluq ordeni ilə təltif edib

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Bakı arxiyepiskopu Aleksandr Atanı (İşeina) "Dostluq" ordeni ilə təltif edib.

"Report"un verdiyi xəbərə görə, sözügedən fərman rəsmi informasiya internet portalında dərc olunub.

Aleksandr Ata Azərbaycanda Rus diasporunu dəstəklədiyinə görə təltif edilib.