Runze Vanq: Miqrasiya idarəçiliyi urban planlaşdırma və dayanıqlı inkişaf sistemlərinə inteqrasiya edilməlidir

Xarici siyasət
  • 20 may, 2026
  • 16:32
Runze Vanq: Miqrasiya idarəçiliyi urban planlaşdırma və dayanıqlı inkişaf sistemlərinə inteqrasiya edilməlidir

Miqrasiya idarəçiliyi yalnız humanitar və ya qısamüddətli yanaşma ilə məhdudlaşmamalı, urban planlaşdırma və dayanıqlı inkişaf sistemlərinə inteqrasiya edilməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan ölkə ofisinin proqram meneceri Runze Vanq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir çox hallarda miqrasiya idarəçiliyi reaktiv və layihə əsaslı yanaşma kimi qalır: "Şəhərlər planlaşdırma və xidmət sistemlərinin imkanlarından daha sürətlə böyüdükdə torpaq, mənzil və əsas infrastruktur üzərində təzyiq artır. Bu isə sıxlıq, mənzil qiymətlərinin artması və plansız urban genişlənmə ilə nəticələnir. Təhlükəsiz, adekvat və əlçatan mənzil yalnız sosial ehtiyac deyil, həm də sabitlik, ləyaqət və sosial həmrəyliyin əsas infrastrukturudur".

Runze Vanq qeyd edib ki, miqrantlar və məcburi köçkünlərə yalnız həssas qrup kimi baxılmamalıdır: "Onlar bacarıq, bilik, əmək, mədəniyyət və müxtəliflik gətirirlər".

44 filmi