Rhoda Arrindell: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

Xarici siyasət
  • 16 sentyabr, 2026
  • 11:44
Rhoda Arrindell: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

ABŞ-ın Howard Universitetinin müəllimi və "One St. Martin Association" təşkilatının prezidenti Rhoda Arrindell Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququna dəstəyini ifadə edib.

Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Rhoda Arrindell bildirib ki, bütün əziyyət çəkən insanlar hüquqlarından heç bir maneə və məcburiyyət olmadan sərbəst şəkildə istifadə etmək imkanına malik olmalıdırlar.

O, həmçinin doğma yurdlarından didərgin salınmış insanların öz seçimləri əsasında və onlar üçün əlverişli şəraitdə geri qayıtmaq hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb:

"Biz Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtmaq hüququnu tanıyırıq".

R.Arrindell qeyd edib ki, Qərbi azərbaycanlılarla yanaşı, qayıdış hüququ ilə bağlı məsələlər dünyanın müxtəlif bölgələrində doğma yurdlarından didərgin düşmüş insanlara da aiddir.

Təşkilat rəhbəri "One St. Martin Association"ın bu insanların hüquqlarının müdafiəsinə dəstək verməyə və onların öz doğma yurdlarına qayıtmasına töhfə göstərmək məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu da vurğulayıb.

"Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfranslar müxtəlif xalqların üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına və qayıdış hüququ ilə bağlı mövqelərin səsləndirilməsinə imkanlar yaradır", - o söyləyib.

44 filmi