Prezident: "İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib"
Xarici siyasət
- 06 oktyabr, 2020
- 16:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.
"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonda danışarkən deyib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.
Xatırladaq ki, bu gün Həsən Ruhani Azərbaycan Prezidentinə telefonla zəng edib.
Son xəbərlər
08:43
Bəxtiyar Hacıyev: Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər
İnfrastruktur
08:34
Yaponiyada sərxoş vəziyyətdə avtomobil idarə edən ABŞ dəniz piyadası saxlanılıb
Digər ölkələr
08:03
Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib
Digər ölkələr
07:51
"Milan" ardıcıl dördüncü dəfə "İnter"i məğlub edib
Futbol
07:26
ABŞ-də stadionda atışma zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr