Patriarx Kirill Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə görüşüb

Xarici siyasət
  • 08 may, 2018
  • 13:12
Patriarx Kirill Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə görüşüb
patriarchia.ru

Bakı. 8 may. REPORT.AZ/ Moskva və bütün Rusiyanın patriarxı Kirill Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Nikolay Boçarnikovla görüşüb.

"Report" Patriarxın saytına istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsinin başçısı diplomata Bakı yeparxiyasının fəaliyyəti ilə bağlı məlumat verib.

Tərəflər həmçinin Azərbaycanda kilsə-dövlət münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Kreml hələlik Rusiyanın Azərbaycandakı səfirini rəsmi olaraq təyin etməyib.

Daha əvvəl N.Boçarnikov Rusiyanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb.

44 filmi