Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
- 19 may, 2026
- 15:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Syerra-Leonenin paytaxtı Fritaunda ərazilərin böyük bir hissəsindən son dərəcə səmərəsiz istifadə olunur.
"Report" xəbər verir ki, bu barədə Fritaun Şəhər Şurasının bələdiyyə eksperti Modupe Uilyams Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhər liderlərinin səsləri: iqlimyönümlü planlaşdırma fəaliyyətdə" adlı panel müzakirəsi zamanı bildirib.
"Bizdə əhalinin sıxlığı çox yüksəkdir, lakin şəhər tikintisinin özündən səmərəsiz istifadə olunur. Şəhərdə çoxmərtəbəli binalar demək olar ki, tamamilə yoxdur", - o vurğulayıb.
Ekspert qeyd edib ki, iqlim üzrə fəaliyyət planı şəhərin baş planından və şəhərsalma planlaşdırması mexanizmindən əvvəl hazırlanıb ki, bu da son 20–30 il ərzində faktiki olaraq heç bir sistemli strategiya olmadan genişlənən Fritaun üçün əhəmiyyətli çətinliklər yaradıb.
"Planlaşdırma haqqında yeni 2025-ci il qanunu yalnız ötən ilin dekabrında təsdiq edilib və hazırda şəhər rəhbərliyi onun praktiki şəkildə tətbiqi üçün alətlər hazırlamağa davam edir", - M.Uilyams bildirib.
Bundan başqa, o əlavə edib ki, 2023-cü ildə Fritaun C40 birliyinin tərkibinə daxil olub və iqlim üzrə fəaliyyət planı hazırlayıb: "Bu plan isə sonradan şəhərin yenilənmiş baş planının layihəsi üçün təməl olub. Sənəd özündə şəhərsalmanın inkişafı prinsiplərini, kütləvi sərnişindaşıma sistemlərinin təşviqini, eləcə də dar küçələri və s. olan şəhər üçün optimal nəqliyyat həlli kimi nəzərdən keçirilən kanat yolu layihəsini ehtiva edir".