Maurisio Rodas: Bakının inkişaf səviyyəsi və şəhər infrastrukturunun keyfiyyəti heyranedicidir
- 21 may, 2026
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının inkişaf səviyyəsi və şəhər infrastrukturunun keyfiyyəti həqiqətən heyranedicidir.
Bu barədə "Report"a Kito şəhərinin (Ekvador) keçmiş meri Maurisio Rodas Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.
"İnkişaf etmiş şəhər infrastrukturuna və həqiqətən səmimi qonaqpərvərliyə malik bu heyrətamiz ölkədə olmaqdan çox məmnunam", - o qeyd edib.
Keçmiş mer bildirib ki, WUF13 forumu çərçivəsində qlobal şəhər inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunur.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında biz Yeni Şəhər Gündəliyinin həyata keçirilməsindəki irəliləyişi, eləcə də daha dayanıqlı, həyat qabiliyyətli və inkişaf edən şəhərlərin qurulması ilə bağlı qlobal çağırışları müzakirə edirik", - o vurğulayıb.
Mer, həmçinin Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşərək şəhərdə abadlıq və şəhər mühitinin rahatlıq səviyyəsinin yüksək olduğunu qeyd edib.
"Gördüklərim məndə çox xoş təəssürat yaratdı: bu, gözəl, yaxşı təşkil olunmuş, ən yüksək səviyyəli infrastruktura malik səliqəli və təmiz bir şəhərdir. Xüsusilə yerli sakinlərin səmimiliyini və qonaqpərvərliyini qeyd etmək istəyirəm. Burada olmaqdan həqiqətən məmnunam", - o əlavə edib.