Luka Di Canfrançesko: Bakıda şəhərlərin dayanıqlı inkişafına dair mühüm məsələlər müzakirə olunub
- 22 may, 2026
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil, dayanıqlı inkişaf və şəhər idarəetməsi məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib.
"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.
O qeyd edib ki, forumun Azərbaycan paytaxtında keçirilməsi dövlətlərin, beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələrini şəhərlərin inkişafına dair birgə yanaşmaların hazırlanması üçün birləşdirməyə imkan verib.
Di Canfrançesko həmçinin ADA Universiteti və İtaliyanın beş ali təhsil müəssisəsinin iştirakı ilə yaradılmış İtaliya-Azərbaycan Universiteti çərçivəsində İtaliya və Azərbaycan universitetləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Mənzil və onunla bağlı bütün məsələlər hər bir insanın təhlükəsizliyinin, ədalətinin və ləyaqətinin təmin edilməsi üçün fundamental əhəmiyyət daşıyır", - o deyib.
Diplomatın sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin dayanıqlığının və əhalinin həyat keyfiyyətinin artırılması üçün beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini təsdiqləyib.