Lətifə Axarbaş: Medianın məqsədi dezinformasiyanın qarşısını alaraq etimadı yenidən bərpa etməkdir
- 14 iyul, 2026
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün medianın məqsədi dezinformasiyanın qarşısını almaqla bərabər ictimai etimadı yenidən bərpa etməkdir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Lətifə Axarbaş (Latifa Akharbach) IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, media və dövlət qurumları media sahəsində ortaq məsuliyyət daşıyırlar:
"Tədqiqatlara görə, insanların 56%-i xəbərləri daha çox sosial şəbəkələrdən əldə edir. Lakin bu xəbərlərin nə qədər doğru olmasını sual altında qoyur".
O qeyd edib ki, bu gün əsas məqsəd yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də ictimai etimadı yenidən bərpa etməkdir:
"Hər bir ölkənin media və kommunikasiya sahəsində özünəməxsus yanaşması və inkişaf modeli mövcuddur. Bu platforma öz təcrübəmizi və ekspertizamızı bölüşmək üçün əlverişli imkan yaradır".