Kamran Əliyev Səudiyyə Ərəbistanının antikorrupsiya qurumunun rəhbərini təltif edib

Xarici siyasət
  • 29 oktyabr, 2026
  • 12:59
Kamran Əliyev Səudiyyə Ərəbistanının antikorrupsiya qurumunun rəhbərini təltif edib
Kamran Əliyev

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədri Mazin bin İbrahim Əl-Qəhmusu "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edib.

"Report" xəbər verir ki, təltifetmə mərasimi Kamran Əliyevin Bakıda Mazin bin İbrahim Əl-Qəhmusla ikitərəfli görüşündən sonra keçirilib.

Səudiyyə Ərəbistanının rəsmisi dostluq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə verdiyi töhfəyə, eləcə də təcrübə mübadiləsi və qarşılıqlı hüquqi yardım göstərilməsi sahəsində xidmətlərinə görə mükafata layiq görülüb.

"Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Əminəm ki, o, inkişaf etməkdə davam edəcək. Bu mükafatı qəbul etməkdən şadam", - Mazin bin İbrahim Əl-Qəhmus bildirib.