İtaliya səfirliyi: Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük

Xarici siyasət
  • 26 fevral, 2026
  • 09:30
İtaliya səfirliyi: Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük

İtaliyanın Bakıdakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.

"Report"un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"1992-ci il Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük", - paylaşımda bildirilib.

44 filmi