İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib

Xarici siyasət
  • 18 iyun, 2026
  • 13:03
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə Dostluq ordenini təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.

"Report" xəbər verir ki, təqdimetmə Prezidentin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edərkən baş tutub.

Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.

44 filmi