İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik missiyası başa çatır

Xarici siyasət
  • 01 iyul, 2017
  • 06:05
İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik missiyası başa çatır

Bakı. 1 iyul. REPORT.AZ/ İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestadın diplomatik missiyası başa çatır.

"Report" xəbər verir ki, diplomat iyul ayının sonlarında Azərbaycanı tərk edəcək.

Qeyd edək ki, T.Danestadın Bakıdakı diplomatik missiyası 2014-cü ildə başlayıb.

Xatırladaq ki, T.Danestad Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mardın həyat yoldaşıdır. M.Mardın da Azərbaycandakı missiyası iyul ayının sonlarında başa çatacaq.

Onları əvəz edəcək diplomatların adları hələlik açıqlanmayıb.