Ərdoğan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib

Xarici siyasət
  • 25 aprel, 2018
  • 12:02
Ərdoğan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
REUTERS

Bakı. 25 aprel. REPORT.AZ/ "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm". 

"Report“ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında bildirib. 

O deyib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib: "Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək".