Ənvər Hüseyn: Pakistan Bakıda WUF13-ün əsas iştirakçıları ilə sıx əlaqələr quracaq

Xarici siyasət
  • 17 may, 2026
  • 12:12
Ənvər Hüseyn: Pakistan Bakıda WUF13-ün əsas iştirakçıları ilə sıx əlaqələr quracaq

Pakistan Bakıda WUF13-ün əsas iştirakçıları ilə daha sıx əlaqələrin qurulmasını gözləyir.

Bu barədə "Report"a Pakistanın "National Local Gamut Association" təşkilatının nümayəndəsi Ənvər Hüseyn bildirib.

Onun sözlərinə görə, Pakistan nümayəndə heyətinin əsas diqqəti əlçatan və dayanıqlı mənzil məsələlərinə yönəlib.

"Biz əlçatan mənzillər, xüsusilə dayanıqlı mənzil tikintisində qabaqcıl təcrübələr və geniş tətbiq olunan yanaşmalar, həmçinin onların ölkəmizdə tətbiqi imkanları barədə daha çox məlumat əldə etməyə ümid edirik. Bu, bizim əsas gözləntimizdir. Bundan əlavə, dayanıqlı mənzil sahəsində fəaliyyət göstərən əsas iştirakçılarla möhkəm əlaqələr qurmağa ümid edirik".

Hüseyn həmçinin forum çərçivəsində Azərbaycan tərəfi ilə mümkün siyasi və texniki dialoqun əhəmiyyətini vurğulayıb:

"Azərbaycan hökuməti ilə siyasi dialoq aparmaq faydalı olardı, çünki biz görürük ki, şəhərdə urbanistika sahəsində, xüsusilə mənzil sektorunda böyük işlər aparılır. Gələcəkdə Bakı bələdiyyələri ilə daha sıx əməkdaşlığa ümid edirik".

O qeyd etdi ki, Pakistan nümayəndə heyətinə təxminən 23 şəhər meri, rayon şuralarının sədrləri və deputatlar daxildir. Onlar forumda urbanistika sahəsində beynəlxalq təcrübələrin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə iştirak edirlər.

Nümayəndə heyətinin üzvü Azərbaycan paytaxtı barədə təəssüratlarını da bölüşüb: "Bakı gözəl şəhərdir. İnsanlar çox mehribandır, hamı kömək etməyə hazırdır. Qonaqpərvərlik səviyyəsi çox yüksəkdir. Bakı bizim xoşumuza gəlir".

44 filmi