Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Xarici siyasət
  • 28 oktyabr, 2021
  • 14:39
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.