Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB
- 14 may, 2024
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.
“Report” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
11:59
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniş tərkibdə görüşü başlayıb.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Minister @Bayramov_Jeyhun & @OSCE24MT CiO, @MinisterIanBorg, Minister for Foreign, Trade & European Affairs of Malta had a meeting in an expanded format.
— MFA Azerbaijan (@AzerbaijanMFA) May 14, 2024
Azerbaijan -Malta cooperation, @OSCE24MT priorities, challenges faced by @OSCE, @Azerbaijan - @OSCE agenda,… pic.twitter.com/XeulUMA0vp