Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisinin Azərbaycana səfər proqramı açıqlanıb

Xarici siyasət
  • 03 noyabr, 2016
  • 11:58
Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi, baronessa Emma Nikolsonun Azərbaycana səfirinin proqramı açıqlanıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, E.Nikolson noyabrın 30-da Azərbaycana gələcək və səfər 2 günlük olacaq. Baronessa dekabrın 1-də ölkəmizi tərk edəcək.

Səfər zamanı britaniyalı elçinin Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər dövlət və hökumət nümayəndələri ilə görüşü gözlənilir.

Qeyd edək ki, E.Nikolsonla birlikdə Azərbaycana neft-qaz sahəsində ticarət missiyası da gələcək.