Bosniya və Herseqovina Azərbaycan prokurorluğu ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır

Xarici siyasət
  • 28 oktyabr, 2026
  • 15:44
Bosniya və Herseqovina Azərbaycan prokurorluğu ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır

Bosniya və Herseqovina korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlığı genişləndirməyə ümid edir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın təhlükəsizlik naziri vəzifəsini icra edən İvitsa Boşnyak bildirib.

"Cinayətkarlığın sərhədi yoxdur və müxtəlif növ cinayət xətaları çox vaxt bir-biri ilə, o cümlədən beynəlxalq səviyyədə əlaqəli olur. Məlumat mübadiləsi və əməliyyat işi məsələlərində Azərbaycan prokurorluğu ilə çox yaxşı əməkdaşlığımız qurulub", - o qeyd edib.

İ.Boşnyakın sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi Bosniya və Herseqovina üçün xüsusi əhəmiyyət kəsb edir.

"Korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üçün yaradılmış institutlarımız nisbətən gəncdir. Buna görə də digər dövlətlərin, xüsusən də dost Azərbaycanın təcrübəsi və praktikası bizim üçün çox vacibdir", - o vurğulayıb.

Boşnyak müasir kriminal təhdidlərə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığın zəruri olduğunu qeyd edərək, iki ölkə arasında qarşılıqlı fəaliyyətin gələcəkdə daha da genişləndirilməsinə ümid etdiyini bildirib.

44 filmi