Azərbaycanın XİN başçısı GUAM ölkələri arasında idman yarışlarının keçirilməsini təklif edib

Xarici siyasət
  • 15 dekabr, 2016
  • 08:16
Azərbaycanın XİN başçısı GUAM ölkələri arasında idman yarışlarının keçirilməsini təklif edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər.

“Report”un xəbərinə görə, bu təkliflə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxış edib.

"İdman sahəsini də əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik", - XİN başçısı deyib.

O bildirib ki, bu istiqamətdə əməkdaşlıq intensivləşdirilməlidir: “GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir”.