Azərbaycanın ABŞ-dəki səfirliyi Pensilvaniyada sərgi və qəbula ev sahibliyi edib

Xarici siyasət
  • 20 oktyabr, 2026
  • 20:26
Azərbaycanın ABŞ-dəki səfirliyi Pensilvaniyada sərgi və qəbula ev sahibliyi edib

Azərbaycanın ABŞ-dəki səfirliyi Pensilvaniya ştatının Oil City şəhərindəki tarixi "National Transit Building" və "Pipeline Alley" mədəniyyət mərkəzlərində "Oil and Icon" sərgisinə və qəbuluna ev sahibliyi edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkə məlumat paylaşıb.

"Proqramda səfir Xəzər İbrahim və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın çıxışları, USA250 və OilCity250-ni qeyd edən bəyannamə, eləcə də ortaq neft irsimizi və qardaşlaşmış şəhər münasibətlərimizi şərəfləndirən şəbəkələşmə qəbulu yer alıb", - məlumatda bildirilib.

Sərgidə ABŞ-nin müstəqilliyinin 250 illik yubileyi (USA250) və iki ölkə arasında ortaq neft irsini, həmçinin qardaşlaşmış şəhər münasibətlərini ehtiva edən rəsmi bəyannamə təqdim olunub. Tədbir çərçivəsində tərəflərin müştərək tarixi neft irsi və dostluq əlaqələri xüsusi olaraq qeyd edilib.