Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Xarici siyasət
  • 15 dekabr, 2016
  • 06:17
Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası dekabrın 16-da Bakıda keçiriləcək.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, iclasda iştirak etmək məqsədilə dekabrın 15-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək.

Səfər zamanı D.Roqozin rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq perspektivləri, o cümlədən də hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

"Kommersant"ın məlumatına görə, görüşdə həmçinin Rusiyanın Ermənistana "İskəndər-M" əməliyyat-taktiki komplekslərinin tədarükü məsələsi də müzakirə ediləcək.

44 filmi