Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib
Xarici siyasət
- 26 sentyabr, 2024
- 06:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.
“Report” bu barədə Dövlət Departamentinə istinadən xəbər verir.
Bundan əvvəl iki ölkə XİN-i ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçiriləcəyini təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində görüşüblər.
Son xəbərlər
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr
01:43
"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda
01:28
Tramp ABŞ üçün milyonlarla barel Venesuela neftinin hasilatını elan edib
Digər ölkələr
00:45
Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb
Digər ölkələr
00:43
Britaniyalı aktyor Patrik Stüart vəfat edib
Şou-biznes
00:25
Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərti razılaşdırılandan sonra mümkündür
Region