Azərbaycan, Türkiyə və İran XİN başçıları oktyabrın 30-da İstanbulda görüşəcəklər
Xarici siyasət
- 29 oktyabr, 2018
- 06:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Görüş zamanı nazirlər üç ölkə arasındakı gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçiriləcək.
Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Türkiyəyə işgüzar səfərə gedib.
Главы МИД Азербайджана, Турции и Ирана встретятся в Стамбуле 30 октября
Foreign Ministers of Turkey, Azerbaijan and Iran to meet in Istanbul on October 30
Son xəbərlər
10:55
Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Turan Tovuz" matçının təyinatları açıqlanıb
Futbol
10:55
Adriana Alberti: Azərbaycanda "ASAN xidmət" mərkəzləri innovasiyaların uğurlu tətbiq nümunəsidir
Xarici siyasət
10:53
Foto
Fərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib
İdman
10:49
Vətən müharibəsindən sonra 500-dən çox şəxs son nəsil protezlə təmin edilib
Sosial müdafiə
10:47
FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
Ekologiya
10:46
MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
İKT
10:46
FAO: Azərbaycanın daxili suları effektiv balıqçılıq idarəetməsinə ehtiyac duyur
ASK
10:46
Azərbaycan "ASAN xidmət" modelinin verdiyi töhfəyə görə BMT sertifikatına layiq görülüb
Xarici siyasət
10:43
NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır"
ASK