Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinə dəyişiklik edilib

Xarici siyasət
  • 09 fevral, 2017
  • 15:34
Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinə dəyişiklik edilib

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın sədri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Rəcəb Babaşov - Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Məhərrəm Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə bildiriş göndərmək tapşırılıb.

44 filmi