ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib

Xarici siyasət
  • 06 mart, 2023
  • 14:24
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

O, bir dəqiqəlik sükutla illərlə davam edən münaqişə qurbanlarına ehtiramını ifadə edib.

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfərə gəlib. L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.