"UN Tourism": Naftalan Azərbaycanın sağlamlıq turizmi sahəsindəki mövqelərini gücləndirə bilər

Turizm
  • 04 noyabr, 2026
  • 16:34
UN Tourism: Naftalan Azərbaycanın sağlamlıq turizmi sahəsindəki mövqelərini gücləndirə bilər

Naftalan, iqtisadi fayda əldə etmək və ölkənin qlobal sağlamlıq turizmi bazarında mövqelərini gücləndirmək üçün əhəmiyyətli potensiala malik olan Azərbaycanın unikal və özünəməxsus turizm məhsuludur.

"Report" xəbər verir ki, bu barədə "UN Tourism"in proqramlar üzrə baş əməkdaşı Mişel Julian (Michel Julian) Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında deyib.

Onun sözlərinə görə, tibb və sağlamlıq turizminin təşviqi kompleks yanaşmaya, müvafiq qurumların, o cümlədən səhiyyə və turizm nazirliklərinin sıx əməkdaşlığına, həmçinin turistlər qarşısında yüksək məsuliyyətə ehtiyac duyur.

M.Julian qeyd edib ki, turizm sahəsindəki uğurlu layihələr qabaqcıl dünya təcrübəsini unikal milli təkliflərlə birləşdirməlidir.

44 filmi