Azərbaycan Çinlə işgüzar turizm sahəsində əməkdaşlıq əlaqələrini artırır

Turizm
  • 04 noyabr, 2026
  • 17:27
Azərbaycan Çinlə işgüzar turizm sahəsində əməkdaşlıq əlaqələrini artırır

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Pekində keçirilən "China International MICE Exchange" ("CIMX 2026") sərgisində iştirak edir.

"Report" Agentliyə istinadən xəbər verir ki, sərgidə ölkəmiz "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Absheron Hotel Group" MMC və turizm şirkətləri ilə birlikdə təmsil olunur.

Sərgidə iştirakın əsas məqsədi işgüzar turizm sənayesinin nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, bu sahədə yeni əməkdaşlıq imkanlarının araşdırılması və ölkənin beynəlxalq işgüzar tədbirlər üçün turizm istiqaməti kimi tanıdılmasıdır.

Milli stendi Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov da ziyarət edib.

Azərbaycanın turizm potensialının Çində tanıdılması istiqamətində tədbirlər çərivəsində, həmçinin noyabrın 2-də ATB-nin Pekindəki rəsmi nümayəndəlik ofisi tərəfindən Çin və Azərbaycan işgüzar turizm sənayesi nümayəndələri arasında görüş təşkil edilib.

Görüş zamanı iştirakçılara Azərbaycanın işgüzar turizm infrastrukturu və tədbir məkanları barədə məlumat verilib, Çin bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu ilin yanvar-sentyabr dövründə Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 52 115 nəfər təşkil edib. Cari ilin sentyabr ayında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 28 faiz artımla 11 049 nəfərə çatıb.

44 filmi