Bu ilin 8 ayında 35,3 min şəxsə əlillik təyin olunub

Sosial müdafiə
  • 17 sentyabr, 2026
  • 10:47
Bu ilin 8 ayında 35,3 min şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35,3 min şəxsə əlillik təyin edilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 14,7 min şəxsə ilkin, 20,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

44 filmi