Bakıda Pakistanın əczaçılıq şirkətlərinin sərgisi açılıb

Sərgilər
  • 10 dekabr, 2019
  • 08:54
Bakıda Pakistanın əczaçılıq şirkətlərinin sərgisi açılıb

Bakıda Pakistanın əczaçılıq şirkətlərinin sərgisi açılıb.

"Report"un məlumatına görə, sərgidə Pakistanın 20-yə yaxın aparıcı əczaçılıq şirkətinin məhsulları təqdim olunub.

Təşkilatçıların sözlərinə görə, bu, Azərbaycanda ilk belə sərgidir. Azərbaycan bazarını araşdırmaq və işgüzar əlaqələr qurmaq məqsədi daşıyır.

Sərgi dekabrın 11-dək davam edəcək.

44 filmi