Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Sağlamlıq
  • 16 noyabr, 2016
  • 09:11
Son bir ayda qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Son bir ayda Azərbaycanda keçirilmiş qanvermə aksiyasında 2 420 nəfər qan verib.

Bunu "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu say Bakı şəhəri və bölgələrdə qeydə alınıb: "Bu rəqəm Mərkəzi Qan Bankında qan verənlərin sayıdır. Qan verənlər arasında könüllülərlə yanaşı, xəstə yaxınları da var".

Z.Əlmirzeyeva qeyd edib ki, toplanan qan ən çox 40 gün saxlanıla bilər: "Ona görə də mövcud ehtiyat daim yenilənir. Hazırda Mərkəzi Qan Bankında 1000 vahid qan ehtiyatı var".

Qeyd edək ki, bu il oktyabrın 12-də Aşura günü keçirilən qanvermə aksiyasında ümumilikdə 4 141 nəfər iştirak edib və 1863,3 litr qan yığılıb. 

44 filmi