ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edildi

Sağlamlıq
  • 26 mart, 2020
  • 09:16
ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin edildi

Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib. 

ATU-dan "Report"a verilən məlumata görə, o, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.