Vladimir Putin Suriyadan çıxarılan Rusiya hərbçilərinin və texnikasının sayını açıqlayıb

Region
  • 28 iyun, 2018
  • 10:43
Vladimir Putin Suriyadan çıxarılan Rusiya hərbçilərinin və texnikasının sayını açıqlayıb
Sputnik/ Mikhail Klimentyev

Bakı. 28 iyun. REPORT.AZ/ “Son günlərdə Rusiya Silahlı Qüvvələrinin Suriyadan 13 təyyarəsi, 14 helikopteri və 1140 hərbçisi çıxarılıb”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları qarşısında çıxışı zamanı bildirib. 

“Bu insanlar döyüş əməliyyatlarında təcrübə keçmiş və təcrübəsi olanlardır”, - o vurğulayıb. 

Rusiya prezidenti Suriyada döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin öz təcrübələrini həmkarları ilə bölüşməsini də tövsiyə edib.

44 filmi