Vladimir Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək

Region
  • 22 oktyabr, 2018
  • 09:07
Vladimir Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı.22 oktyabr. REPORT.AZ/ "Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistana səfərinəhazırlıq davam edir. Rəsmi Moskva həmçinin səudiyyəli jurnalist Camal Qaşıqçınınölümünə dair istintaqın başa çatmasını gözləyir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xariciişlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"İstintaqınsona çatmasını gözləyirik. Odur ki, səbirli olub gözləməliyik", - M.Boqdanovdeyib.

RusiyaPrezidentinin Səudiyyə Ərəbistana səfərinə hazırlığın davam edib-etməyəcəyiilə bağlı məsələni dəqiqləşdirən diplomat müsbət cavab verib: "Bəli, səfərlərimizdavam edir. Qurumlararası yüksək səviyyəli nümayəndə heyətimiz səfər edib. Buiş böyük rezonans doğurub, ona görə də istintaqın nəticələrini gözləməklazımdır".

Qeydedək ki, daha əvvəl Rusiya Prezidenti jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələdə ABŞ-ın müəyyən mənada məsuliyyət daşıdığını bildirib.

44 filmi