Ukrayna MN: “Rusiya Silahlı Qüvvələrinə oktyabrın sonunadək Baxmutu ələ keçirmək tapşırığı verilib”

Region
  • 18 oktyabr, 2022
  • 07:59
Ukrayna MN: “Rusiya Silahlı Qüvvələrinə oktyabrın sonunadək Baxmutu ələ keçirmək tapşırığı verilib”

“Rusiya Silahlı Qüvvələrinə oktyabrın sonunadək Baxmutu ələ keçirmək tapşırığı verilib”.

“Report” xəbər verir ki, bunu “We-Ukraine” media platformasına müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun daha da irəliləməsinə imkan vermir: “Rusiya Silahlı Qüvvələrinə Donbassın inzibati sərhədinə çatmaq tapşırılıb. İndi onlar bu ayın sonuna kimi Baxmutu tamamilə işğal etməyi planlaşdırırlar”.

O, Baxmutu hazırda Ukraynanın şərqində ən şiddətli döyüşlərin aparıldığı ərazi adlandırıb.