Türkiyədə 15 İyul hadisəsinin ildönümü münasibətilə keçirilən mitinqdə 6 nəfər yaralanıb - FOTO

Region
  • 16 iyul, 2017
  • 05:21
Türkiyədə 15 İyul hadisəsinin ildönümü münasibətilə keçirilən mitinqdə 6 nəfər yaralanıb - FOTO
Foto:Report.az

Ankara. 16 iyul. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində 2016-cı ilin 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü münasibətilə yüzminlərlə insan mitinq keçirib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, dinc mitinq zamanı 6 nəfər xəsarət alıb.

Buna uçuş aparatının (dron) çəkiliş zamanı mitinq iştirakçılarının üzərinə düşməsi səbəb olub. Yaralanan 6 nəfərə ilkin tibbi yardım göstərilib.

Əsas yürüş İstanbul və Ankarada baş tutub. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da iştirak edib.