Türkiyə XİN başçısının müavini Ankarada amerikalı həmkarı ilə Ukraynanı müzakirə edib

Region
  • 05 mart, 2022
  • 19:15
Türkiyə XİN başçısının müavini Ankarada amerikalı həmkarı ilə Ukraynanı müzakirə edib
Sedat Önal

Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal ilə amerikalı həmkarı Uendi Şerman arasında görüş keçirilib.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Görüş zamanı tərəflər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsi dair fikir mübadiləsi aparılıb. Ukrayna-Rusiya müharibəsində Türkiyənin və NATO-nun rolu, həmçinin sülhün əldə olunması uğrunda hər iki ölkənin birgə iradəsi müzakirə edilib.

Gündəlikdə həmçinin terrorizmlə mübarizədə Türkiyə və ABŞ-ın ortaq fikirlərindən, NATO çərçivəsində tərəfdaşlığından bəhs olunub.

44 filmi