TDT-də iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Astanada bir sıra sazişlər imzalanıb
- 13 may, 2026
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Astanada "TDT dövlətləri arasında iqtisadi inteqrasiya və əməkdaşlıq: sənaye, kənd təsərrüfatı, logistika və rəqəmsallaşmanın yeni imkanları" adlı biznes-forum çərçivəsində türkdillli ölkələr arasında praktik iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlərin imzalama mərasimi keçirilib.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, imzalanan sənədlərdən biri Qazaxıstanın "Atameken" Milli Sahibkarlar Palatası ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq haqqında saziş olub.
Sənəd investisiya əməkdaşlığının genişləndirilməsini və regionda birgə layihələrin dəstəklənməsini nəzərdə tutur.
Bundan əlavə, Türk Dövlətlərinin Ticarət və Sənaye Palataları Birliyi (TCCI), Qazaxıstanın Xarici Ticarət Palatası və Milli Kooperativlər və Digər İqtisadi Birliklər Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanmış sənədlər biznes strukturları arasında praktik qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, kooperasiyanın inkişafına, eləcə də türk dünyası ölkələrinin investisiya və ticarət imkanlarının genişləndirilməsinə yönəlib.