Baş nazir: “Kaxovka SES-dəki hadisədən sonra 80 yaşayış məntəqəsi təhlükə altındadır”

Region
  • 06 iyun, 2023
  • 07:50
Baş nazir: “Kaxovka SES-dəki hadisədən sonra 80 yaşayış məntəqəsi təhlükə altındadır”

“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş fövqəladə hadisədən sonra Ukraynanın təxminən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib”.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.

Onun sözlərinə görə, insanların təxliyəsi üçün tədbirlər görülür.