Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - yenilənib

Region
  • 14 oktyabr, 2026
  • 16:48
Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - yenilənib

Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, tədbir zamanı AQEM-in gələcək inkişafı ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Bundan əlavə, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparacaqlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək", - məlumatda qeyd olunub.

44 - Tezliklə