Səlcuq Bayraktar: “Ukraynanı dəstəkləyirəm”

Region
  • 25 fevral, 2022
  • 18:02
Səlcuq Bayraktar: “Ukraynanı dəstəkləyirəm”

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün tviter hesabında Ukraynaya dəstək verib.

“Report” xəbər verir ki, o Rusiyanın Ukraynaya hücumunu pisləyib.

“Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.

İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - Bayraktar sosial şəbəkə hesabında yazıb.