Səhiyyə naziri: “Zəlzələdən ziyan görən 358 nəfər xəstəxanalara müraciət edib”
- 21 iyul, 2017
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 iyul. REPORT.AZ/ "Zəlzələdən ziyan gördüyünü deyən 358 vətəndaşımız xəstəxanalara müraciət edib".
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan iyulun 21-də Egey dənizindəki zəlzələ ilə bağlı açıqlamasında bildirib.
“Müraciət edən 272 vətəndaşımız təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Qalanları isə özləri xəstəxanalara gəlib. Xəstəxanaya gələn 25 vətəndaşımız zədələnib. Onlardan 3-nün belində və onurğasında qırıqlıq var. Bundan başqa, ayaq sümükləri sınanlar da var. Ciddi yaralı olan vətəndaşımız yoxdur”, - nazir vurğulayıb.
Qeyd edək ki, iyulun 21-də gecə saatlarında Yunanıstan ərazisində baş verən 6,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti təbii fəlakət zamanı Kos adasında olublar. Təbii fəlakət nəticəsində iki nəfər ölüb. Onlardan biri Türkiyə, o biri isə İsveç vətəndaşıdır.