Rusiyanın Baş Qərargah rəisi: "Ukraynanın hərbi əməliyyatının qarşısı alınacaq"

Region
  • 09 dekabr, 2021
  • 11:35
Rusiyanın Baş Qərargah rəisi: Ukraynanın hərbi əməliyyatının qarşısı alınacaq
Valeri Gerasimov

“Ukraynanın şərqində vəziyyət gərginləşir. Bununla belə, Kiyevin Donbasdakı problemi güc yolu ilə tənzimləməsinin qarşısı alınacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov dekabrın 9-da xarici dövlətlərin hərbi atteşeləri üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya hücum etməsi hazırlığı ilə bağlı yayılan informasiyalar yalandır: “NATO-ya üzv dövlətlər Rusiya Federasiyası ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır. Rusiyanın öz ərazisində hərbi fəaliyyəti haqqında məlumat verməsinə ehtiyac yoxdur”.

44 filmi