Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqlayıb

Region
  • 22 yanvar, 2025
  • 16:03
Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqlayıb

Rusiya və Latviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə yanvarın 21-də xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi informasiya portalında dərc olunan məlumatında deyilir.

“2025-ci il yanvarın 21-də Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış sazişə xitam verilib”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, Litva Seymi (parlamenti) ötən il iyunun 25-də bu sazişi denonsasiya edib. Rusiya və Litva müqaviləni 1992-ci ildə imzalayıb və hər beş ildən bir onu yeniləyirdi. Sənəd Rusiya və Litva vətəndaşlarının şəxsi və əmlak hüquqlarını bərabər şəkildə qorumağa, mübahisələr yarandıqda hüquqi əməkdaşlığı təmin edirdi.