Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalanıb

Region
  • 05 oktyabr, 2017
  • 13:32
Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalanıb
Sputnik / Sergey Guneyev

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlıq və araşdırmaya dair razılığa gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud Moskvaya səfəri çərçivəsində imzalanıb.

Ümumilikdə Rusiya prezidenti Vladimir Putinlə kral 14 sənədə qol çəkib.

Bundan başqa, krallığın Hərbi-Sənaye Kompleksi ilə “Rosoboroneksport” arasında Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutan razılaşma da imzalanıb. Rusiya Səudiyyə Ərəbistanına “Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrin istehsalı üçün lisenziya da verəcək. 

Qeyd edək ki, Salman bin Abdel Əziz əl-SəudRusiyaya dövlət səfəri oktyabrın 7-də başa çatacaq. Oktyabrın 6-da kralın Rusiyanın baş naziri Dmitiri Medvedevlə görüşü planlaşdırılıb. O, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.