Rusiya və İranın XİN başçıları Xəzər Sammitinə hazırlığı müzakirə ediblər

Region
  • 06 iyul, 2018
  • 10:57
Rusiya və İranın XİN başçıları Xəzər Sammitinə hazırlığı müzakirə ediblər

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov "beşliyin" və İranın nüvə proqramına dair Vyanadakı görüşü çərçivəsində İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşüb. 

Bu barədə "Report" Rusiya XİN-in məlumatına istinadən xəbər verir.

"Görüşdə bəzi aktual beynəlxalq məsələlər nəzərdən keçirilib, xüsusən, Suriya problemi, Beşinci Xəzər Sammitinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb", - nazirliyin məlumatında deyilir.