Rusiya Dövlət Duması "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı təsdiqləyib
Region
- 19 sentyabr, 2019
- 11:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Dövlət Duması səsvermə zamanı yekdilliklə "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın təsdiqlənməsinə səs verib.
"Report" xəbər verir ki, sessiyada çıxış edən Rusiya parlamentariləri Rusiya ilə digər Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün sənədin ratifikasiyasının vacibliyini və zəruriliyini qeyd ediblər.
Bildirilib ki, saziş Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə, Xəzəryanı ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, konvensiya 2018-ci il avqustun 12-də Aktauda imzalanıb.
Son xəbərlər
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr