Rəcəb Tayyib Ərdoğan “Türk axını” ilə bağlı qanunu imzalayıb
Region
- 06 dekabr, 2016
- 05:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə imzalanan “Türk axını” təbii qaz kəmərinin tikintisinin razılaşdırılması haqqında qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, prezidentin imzaladığı qanun Türkiyənin “Resmi Gazete”sində dərc olunub.
Bununla da qanun qüvvəyə minib.
Türkiyə hökuməti qaz kəmərinin tikintisinin 2017-ci ilin əvvəlində başlayacağını istisna etmir.
Xatırladaq ki, bu il oktyabrın 10-da Ankara ilə Moskva arasında kəmərin Qara dənizin dibi ilə çəkilməsinə dair razılaşma imzalanıb.
İki xəttdən ibarət olacaq kəmərin bir xətti Türkiyəyə, digəri isə Avropaya təbii qaz nəql edəcək. Layihənin 2019-cu ilin dekabrında başa çatdırılması planlaşdırılıb.
Son xəbərlər
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol