Qazaxıstan və Qırğızıstan təxminən 100 milyon dollar dəyərində sazişlər imzalamağı planlaşdırır

Region
  • 30 oktyabr, 2026
  • 13:25
Qazaxıstan və Qırğızıstan təxminən 100 milyon dollar dəyərində sazişlər imzalamağı planlaşdırır

Qazaxıstan və Qırğızıstan Bişkekdə keçirilən II Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində işgüzar görüşlərin yekunlarına əsasən təxminən 100 milyon dollar dəyərində sazişlər imzalamağı planlaşdırır.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Nurlan Kulbatırov bildirib.

Onun sözlərinə görə, bu ilkin məbləğdir və danışıqların yekunlarına əsasən arta bilər.

N.Kulbatırov qeyd edib ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayır. Qazaxıstan Qırğızıstana buğda, un və digər ərzaq malları tədarük edir, xüsusən də bu ölkənin süd məhsullarını idxal edir.

O, həmçinin vurğulayıb ki, qarşılıqlı ticarətin hazırkı həcmi əməkdaşlığın bütün potensialını əks etdirmir və sahibkarlar arasında birbaşa əlaqələr tədarüklərin, qarşılıqlı investisiyaların və istehsalat kooperasiyasının genişlənməsinə kömək edə bilər.

Forumda 80-ə yaxın qazaxıstanlı sahibkar iştirak edir.

Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsi 19,2 % artaraq 1,7 milyard dollara çatıb. Qazaxıstanın ixracı isə 15 % artaraq 1,1 milyard dollar təşkil edib.

44 filmi